Prezident Ofisi: “Tərəfdaşların Ukraynaya səfərləri silah tədarükünə təsir göstərir"

Prezident Ofisi: “Tərəfdaşların Ukraynaya səfərləri silah tədarükünə təsir göstərir" “Beynəlxalq tərəfdaşların Ukraynaya səfərləri silah tədarükünə ciddi təsir göstərir”
Region
11 May , 2022 16:35
Prezident Ofisi: “Tərəfdaşların Ukraynaya səfərləri silah tədarükünə təsir göstərir
Andriy Sibiqa

“Beynəlxalq tərəfdaşların Ukraynaya səfərləri silah tədarükünə ciddi təsir göstərir”.

“Report” “Ukrinform”a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin rəhbərinin müavini Andriy Sibiqa deyib.

“Ağır silahların bəziləri ölkəyə gəlib. Bəziləri isə yoldadır. Bütün beynəlxalq səfərlər müdafiə dəstəyi baxımından çox vacibdir. Hər səfərdən sonra müəyyən ağır, ən yeni silahların təminatı üçün addımlar atılır”, - Prezident Ofisinin rəsmisi bildirib.

O gələn silahların çox keyfiyyətli olduğunu söyləyib: “Bu, həm etibardan, həm də dünyanın Rusiyanın şantaj və təhdidlərindən qorxmamasından xəbər verir. Bu, Ukrayna ilə beynəlxalq həmrəyliyin nümayişidir”.

Son xəbərlər

Orphus sistemi