Prezident Ermənistan-Azərbaycan sərhədində sərhəd-buraxılış məntəqələrinin yaradılmasını təklif edib

Region
  • 18 fevral, 2023
  • 15:38
Prezident Ermənistan-Azərbaycan sərhədində sərhəd-buraxılış məntəqələrinin yaradılmasını təklif edib

“Yaxşı olar, Ermənistan və Azərbaycan ikitərəfli qaydada nəzarət-buraxılış məntəqələrini Ermənistan-Azərbaycan sərhədində yaratsınlar".

"Report" xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev fevralın 18-də Münxendə televiziya kanallarına müsahibəsində söyləyib.

Dövlətimizin başçısı deyib: "Biz bu təklifi vermişdik, bu gün rəsmən vermişik. Daha əvvəl bu təklif qeyri-rəsmi kanallar vasitəsilə çatdırılmışdır. Ermənistan tərəfindən hər hansı mövqe səsləndirilmədi”.