Polşada Rusiyaya casusluq edən keçmiş jurnalist həbs olunub

Polşada Rusiyaya casusluq edən keçmiş jurnalist həbs olunub Polşanın Daxili Təhlükəsizlik Agentliyi Rusiyanın xeyirinə casusluqda ittiham olunan Yanuş N. adlı keçmiş jurnalisti (yerli qanunlara əsasən soyadı açıqlanmır) həbs edib.
Region
10 İyun , 2021 11:20
Polşada Rusiyaya casusluq edən keçmiş jurnalist həbs olunub

Polşanın Daxili Təhlükəsizlik Agentliyi Rusiyanın xeyirinə casusluqda ittiham olunan Yanuş N. adlı keçmiş jurnalisti (yerli qanunlara əsasən soyadı açıqlanmır) həbs edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Polşanın Dövlət Prokurorluğu məlumat yayıb.

O, mayın 31-də saxlanılıb. Yanuş N-nin yaşadığı mənzildə axtarış zamanı 300 min zlot (84 min dollar) aşkarlanıb.

Prokurorluqdan bildirilib ki, o, Rusiya kəşfiyyat əməkdaşlarının tapşırığı üzrə Polşa və xarici siyasətçilər, o cümlədən Avropa Parlamentində işləyənlərlə təmas qurmalı imiş: “Təqsirləndirilən şəxs Polşanın Avropa İttifaqında və beynəlxalq arenada mövqeyini zəiflətmək məqsədi ilə Avropa İttifaqı və başqa ölkələrdə Rusiyanın tapşırığını yerinə yetirib”.

Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib. İttihamlar təsdiqlənəcəyi halda Yanuş N-ni 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası gözləyir.

Son xəbərlər

Orphus sistemi