İrəvanda etiraz aksiyalarında saxlanılan iştirakçıların sayı 66-ya çatıb.
“Report” xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bu gün İrəvanda etiraz aksiyaları zamanı saxlanılanların sayı 56 nəfərə çatıb.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Səhər saatlarında etirazçılar şəhərin mərkəzində bir sıra küçələri bağlayıblar.
Ermənistan polisi baş nazir Nikol Paşinyanın istefasını tələb edən, İrəvanın mərkəzi küçələrini bağlayan etirazçıları saxlamağa başlayıb.
“Report” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
İlk öncə polis etirazçılara mərkəzi prospekti açmaq üçün vaxt verib. Bu tələbə əməl edilmədikdə onları saxlamağa başlayıb. Məlumata görə, təxminən 10 nəfər polis bölməsinə aparılıb.
Hazırda nümayişçilər İrəvanın digər küçələrini də bağlamağa çalışırlar.