Podolyak: “Rusiyanı ancaq bir final gözləyir: tribunal”

Region
  • 17 dekabr, 2022
  • 19:51
Podolyak: “Rusiyanı ancaq bir final gözləyir: tribunal”
Mixaylo Podolyak

Rusiyanı ancaq bir final gözləyir: tribunal.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak tviterdə yazıb.

“Hərbi xidmət müddətinin iki ilə qədər artırılması, aramsız səfərbərlik, “yeni üçgünlük hücum” - Kreml revizionistləri məğlubiyyəti birtəhər gecikdirmək üçün bütün “sehirli həblərə” əl atırlar. Ancaq onlar “Jukov” belə deyillər. Yalnız bir finalı olan kospleyerlər: tribunal”, - Prezident Ofisinin rəsmisi qeyd edib.