PKK-nın rəhbərlərindən daha biri məhv edilib

Region
  • 07 dekabr, 2021
  • 05:51
PKK-nın rəhbərlərindən daha biri məhv edilib

PKK terror qruplaşmasının Şimali İraqın Qap-Rıha bölgəsi üzrə "nümayəndəsi" "Rubar" ləqəbli Ferhat Tunç zərərsizləşdirilib.

"Report" xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Süleyman Soylu tviterdə yazıb.

"PKK-nın Şimali İraqın Qap-Rıha bölgəsi üzrə "nümayəndəsi" "Rubar" kod adlı Ferhat Tunç Əmniyyət, Kəşfiyyat, Aviasiya və Polis Özəl Hərəkatının əməliyyatları ilə məhv edilib", - nazir bildirib.

44 filmi