PKK-nın 13 terrorçusu Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub

PKK-nın 13 terrorçusu Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub PKK terror qruplaşmasının bir neçə silahlısı Türkiyənin təhlükəsizlik qüvvələrinə könüllü təslim olub.
Region
19 Yanvar , 2020 07:44
PKK-nın 13 terrorçusu Türkiyənin təhlükəsizlik qüvvələrinə təslim olub

PKK terror qruplaşmasının bir neçə silahlısı Türkiyənin təhlükəsizlik qüvvələrinə könüllü təslim olub.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Ölkənin Daxili İşlər Nazirliyinə istinadən yayılan xəbərdə qeyd edilir ki, təhlükəsizlik qüvvələrinin uğurlu əməliyyatları PKK terror qruplaşmasının dağılmasını sürətləndirib. Əməliyyatlara ayrı-ayrı ailələrin dəstəyi ilə keçirilən inandırma üsullarının əlavə edilməsi ilə terrorçuların təslim olmaları son illər ərzində ən yüksək həddə çatıb.

Məlumata görə, PKK-nın 5 terrorçusu Şırnak vilayətinin Silopi qəsəbəsindəki Habur sərhəd-keçid məntəqəsində təhlükəsizlik qüvvələrinə təslim olub.

Beləliklə, ilin əvvəlindən bu günə kimi yalnız inandırma yolu ilə terror təşkilatından ayrılaraq təhlükəsizlik qüvvələrinə təslim olan silahlıların sayı 13 nəfərə çatıb.

Son xəbərlər

Orphus sistemi