Peskov: Lavrov və Uşakov Ər-Riyadda ABŞ nümayəndə heyəti ilə görüş keçirəcək
- 17 fevral, 2025
- 10:18
Rusiya prezidentinin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrovun Ər-Riyadda ABŞ nümayəndə heyəti ilə görüşünün gündəliyi ikitərəfli münasibətlər kompleksinin bərpasına, həmçinin Ukrayna nizamlanması üzrə mümkün danışıqlara hazırlığa həsr olunub.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə prezidentin mətbuat katibi Dmitri Peskov jurnalistlərə bildirib.
"Prezident Putinin tapşırığı ilə bu gün xarici işlər naziri Sergey Lavrov və Prezidentin köməkçisi Yuri Uşakov Ər-Riyada gedir. Onlar sabah Ər-Riyadda ABŞ nümayəndə heyəti ilə görüş keçirəcəklər. Görüş ilk növbədə Rusiya-ABŞ münasibətlərinin bərpasına həsr olunacaq", - o qeyd edib.
Peskovun sözlərinə görə, görüşdə, həmçinin Ukrayna nizamlanması üzrə mümkün danışıqlara hazırlıq və iki prezidentin görüşünün təşkili müzakirə ediləcək.
Daha əvvəl ABŞ-nin dövlət katibi Marko Rubionun Rusiya tərəfi ilə danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına gəldiyi barədə məlumat verilib.