Peskov: Ermənistanın Aİ və Aİİ-də eyni zamanda üzvlüyü mümkün deyil

Peskov: Ermənistanın Aİ və Aİİ-də eyni zamanda üzvlüyü mümkün deyil Ermənistanın Avropa İttifaqına mümkün üzvlüyü onun suveren hüququdur, lakin iki fərqli beynəlxalq təşkilatın üzvü olmaq mümkün deyil.
Region
9 Yanvar , 2025 14:03
Peskov: Ermənistanın Aİ və Aİİ-də eyni zamanda üzvlüyü mümkün deyil
Dmitri Peskov

Ermənistanın Avropa İttifaqına (Aİ) mümkün üzvlüyü onun suveren hüququdur, lakin iki fərqli beynəlxalq təşkilatın üzvü olmaq mümkün deyil.

“Report” Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə RF prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

"Aİ-yə bu üzvlük nə deməkdir? Bunu indi demək çətindir. Çünki əlbəttə ki, hipotetik olaraq düşünsək, iki fərqli təşkilatın üzvü olmaq mümkün deyil", - o bildirib.

D.Peskov qeyd edib ki, Avrasiya İqtisadi İttifaqına (Aİİ) üzvlük Ermənistan üçün faydalıdır.

Onun sözlərinə görə, fayda faizlərlə, yüksək artım templəri ilə ölçülür.

Bundan əlavə, Aİİ çərçivəsində razılaşdırılmış iş mexanizmləri və inteqrasiya formatları iştirak edən xalqların və ölkələrin rifahı üçün işləməyə davam edir.

Qeyd edək ki, bu gün Ermənistan hökumətinin iclasında ölkənin Aİ-yə qoşulması prosesinin başlanması ilə bağlı qanun layihəsi təsdiqlənib. Ermənistanın baş naziri Nikol Paşinyan bu məsələ ilə bağlı ümumxalq referendumunun keçirilməsinin zəruri olduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi