Peskov: ABŞ-nin Moskvadakı səfirliyinin fəaliyyəti hələ bərpa olunmayacaq

Peskov: ABŞ-nin Moskvadakı səfirliyinin fəaliyyəti hələ bərpa olunmayacaq ABŞ-ın Moskvadakı səfirliyinin fəaliyyəti hələ tam şəkildə bərpa olunmayacaq, çünki hazırda iki ölkə arasında heç bir əlaqə yoxdur.
Region
26 İyul , 2024 12:59
Peskov: ABŞ-nin Moskvadakı səfirliyinin fəaliyyəti hələ bərpa olunmayacaq

ABŞ-nin Moskvadakı səfirliyinin fəaliyyəti hələ tam şəkildə bərpa olunmayacaq, çünki hazırda iki ölkə arasında heç bir əlaqə yoxdur.

"Report"un TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov "Yeni Media Festivalı"nın iştirakçıları ilə görüşündə deyib.

“Birləşmiş Ştatların Moskvadakı səfirliyinin fəaliyyəti bərpa olunmayıb və hələlik bu baş verməyəcək. Çünki de-fakto ikitərəfli münasibətlərimiz yoxdur”, - o bildirib.

Qeyd edək ki, 2021-ci ildə Moskva ABŞ diplomatik missiyası tərəfindən Rusiya və üçüncü ölkə vətəndaşlarının işə götürülməsinə məhdudiyyətlər tətbiq edib. ABŞ səfirliyi həmin il mayın 12-dən etibarən konsulluq xidmətlərinin sayını azaldacağını, eləcə də diplomatik səfərlər üçün nəzərdə tutulmayan viza sənədlərinə baxılmasını dayandıracağını bildirib.

Son xəbərlər

Orphus sistemi