Ermənistan Dövlət Gəlirlər Komitəsinin sədri David Ananyan istefa verib.
“Report” “Novosti Armeniya”ya istinadən bildirir ki, o, işdən çıxmaqla bağlı qərarını “Facebook” səhifəsində elan edib.
“KİV-də yayılan çoxsaylı şayiələrin qarşısını almaq üçün Ermənistan baş nazirinə tutduğum vəzifədən azad edilməklə bağlı ərizə yazmışam”, - D.Ananyan bildirib.
O, bu vəzifədə iki ildən artıqdır fəaliyyət göstərirdi.
D.Ananyan istefasının səbəbini açıqlamayıb.