Bu gün səhər İrəvanda saxlanılan bütün etirazçılar sərbəst buraxılıb.
“Report” xəbər verir ki, bu barədə “Sputnik-Armenia” ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, dövlət məmurlarının qanuni tələblərini yerinə yetirmədiklərinə görə (Ermənistan Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə) saxlanılan 156 vətəndaş sərbəst buraxılıb.
Ermənistanın paytaxtı İrəvanda polis 151 etirazçını saxlayıb.
“Report” xəbər verir ki, bu barədə “Sputnik-Armenia”ya ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Ermənistanın paytaxtı İrəvanda 134-dən artıq etirazçı polis bölmələrinə aparılıb.
“Report” xəbər verir ki, bu barədə “Sputnik-Armenia”ya ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qeyd edilib ki, həmin vətəndaşlar dövlət məmurlarının qanuni tələblərini yerinə yetirmədiklərinə görə (Ermənistan Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə) saxlanılıblar.
İrəvanda 88 etirazçı polis tərəfindən saxlanılıb.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Qeyd edilib ki, hazırda paytaxtda bağlı olan küçə yoxdur.
Səhər saatlarından etibarən müxalifət tərəfdarları “Vətən uğrunda Tavuş” müxalifət hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə Ermənistanın baş naziri Nikol Paşinyanın istefası tələbi ilə İrəvan küçələrini bağlamağa başlayıblar.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.
Bildirilib ki, insanlar skamyalar və zibil qutuları ilə küçələri bağlayır. Aksiyaların keçirildiyi yerə polislər gəlir, saxlanılanlar var.
Xatırladaq ki, Ermənistan və Azərbaycan sərhədlərin delimitasiyası prosesinə başlamaq barədə razılığa gələndən sonra aprelin 20-dən başlayaraq N.Paşinyana qarşı etiraz aksiyaları keçirilir.