Paşinyana sui-qəsd hazırlamaqda təqsirləndirilən İrəvanın keçmiş merinin həbs müddəti uzadılıb

Paşinyana sui-qəsd hazırlamaqda təqsirləndirilən İrəvanın keçmiş merinin həbs müddəti uzadılıb Ermənistanın baş naziri Nikol Paşinyana sui-qəsd hazırlamaqda ittiham olunan “Yerkrapa” könüllülər ittifaqının keçmiş sədr müavini, İrəvanın keçmiş meri Albert Bazeyan yanvarın 23-dək həbsdə qalacaq.
Region
30 Noyabr , 2023 17:29
Paşinyana sui-qəsd hazırlamaqda təqsirləndirilən İrəvanın keçmiş merinin həbs müddəti uzadılıb

Ermənistanın baş naziri Nikol Paşinyana sui-qəsd hazırlamaqda ittiham olunan “Yerkrapa” könüllülər ittifaqının keçmiş sədr müavini, İrəvanın keçmiş meri Albert Bazeyan yanvarın 23-dək həbsdə qalacaq.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə onun vəkili Georgi Melikyan məlumat verib.

Hakim A.Bazeyan barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəkilin qaldırdığı vəsatəti rədd edib.

Xatırladaq ki, Ermənistan Milli Təhlükəsizlik Xidməti sentyabrın 23-də Albert Bazeyanla birlikdə “Səlibçilər” hərbi-vətənpərvərlik təşkilatının daha 7 üzvünün saxlanıldığı barədə məlumat vermişdi. A.Bazeyan sentyabrın 26-da dövlət çevrilişinə cəhd ittihamı ilə həbs edilib.

Son xəbərlər

Orphus sistemi