Paşinyan və xanımı koronavirus testindən keçəcək

Paşinyan və xanımı koronavirus testindən keçəcək Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, o və xanımı Anna Akopyan bu gün koronavirus testindən keçəcəklər.
Region
14 Mart , 2020 01:30
Paşinyan və xanımı koronavirus testindən keçəcək

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, o və xanımı Anna Akopyan bu gün koronavirus testindən keçəcəklər.

“Report”un Ermənistan mətbuatına istinadən məlumatına görə, baş nazir bu barədə özünün “Facebook” səhifəsində bildirib.

O, xatırladıb ki, bir neçə gün əvvəl arvadı ilə Braziliyada səfərdə olub və martın 7-də bu ölkənin prezidenti, birinci xanımı ilə görüşüb.

"Bu gün informasiya yayıldı ki, Braziliya prezidentində koronavirus aşkarlanıb. Sonra bu xəbər təkzib edildi, amma Anna və mən onsuz da yoluxmanı istisna etmək üçün sabah (bu gün-red) yoxlamaya gedəcəyik", - baş nazir deyib.

Paşinyan bildirib ki, indi onlar izolyasiya rejimindədirlər.

Son xəbərlər

Orphus sistemi