Paşinyan Putin, Makron və Blinkenlə telefonla danışıb - YENİLƏNİB - 2

Paşinyan Putin, Makron və Blinkenlə telefonla danışıb - YENİLƏNİB - 2 Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub
Region
16 Sentyabr , 2022 11:20
Paşinyan Putin, Makron və Blinkenlə telefonla danışıb - YENİLƏNİB - 2

Ermənistan Baş naziri Nikol Paşinyanla ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat Xidmətindən bildirilib.

Tərəflər Ermənistan-Azərbaycan sərhədindəki durumu müzakirə ediblər.

N.Paşinyan gərginliyin davam etdiyini, amma nisbi sakitliyin əldə olunduğunu söyləyib.

ABŞ dövlət katibi Ağ evin regionda sülhü təmin etməyə hazır olduğunu deyib.

Xatırladaq ki, N.Paşinyan bu gün Rusiya Prezidenti Vladimir Putin və Fransa dövlət başçısı Emmanuel Makronla da telefonla danışıb.

10:54

Ermənistan Baş naziri Nikol Paşinyanla Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, tərəflər Ermənistan-Azərbaycan sərhədindəki durumu müzakirə ediblər.

N.Paşinyan durumun son dərəcə gərgin olduğunu söyləyib. E.Makron dialoq və sülhü təmin etməyə hazır olduğunu xatırladıb.

10:44

Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə ediblər.

Nikol Paşinyan vurğulayıb ki, hazırda sərhəd nisbətən sakit olsa da, vəziyyət gərgin olaraq qalır.

Bildirilib ki, ölkə liderləri Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) müraciəti ilə bağlı qəbul edilmiş qərarların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Son xəbərlər

Orphus sistemi