Paşinyan: “Sülhə nail olmaq üçün qonşu ölkələrlə əlaqələri normallaşdırmalıyıq”

Region
  • 18 aprel, 2023
  • 08:16
Paşinyan: “Sülhə nail olmaq üçün qonşu ölkələrlə əlaqələri normallaşdırmalıyıq”

“Sülhə nail olmaq üçün qonşu ölkələrlə əlaqələri normallaşdırmalıyıq”.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib.

O bildirib ki, Gürcüstan və İran məsələsində söhbət əməkdaşlığın daha da dərinləşdirilməsindən gedir: “Həmçinin biz Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasından danışırıq”.

N.Paşinyan söyləyib ki, siyasi və diplomatik sahədə kompromislər əldə olunarsa, bu, Ermənistan vətəndaşlarının da xeyrinə olar: “Vətəndaşları inandırmaq Ermənistan hakimiyyətinin vəzifəsidir. İnsanlar başa düşdükdən sonra bu məsələyə razı olacaqlar”.

Hökumət başçısı bildirib ki, əlaqələr normallaşmasa, Ermənistanın inkişafına imkan verilməyəcək: “Beynəlxalq ictimaiyyət 29800 kv.km ərazini Ermənistan ərazisi kimi tanısa, region üçün sülh gələcək”.