“Təbii ki, Ermənistan İttifaq dövlətinə daxil olması ilə bağlı Rusiyadan heç bir təklif almayıb və ola da bilməzdi”.
“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan yanvarın 10-da keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, reallıq göründüyü qədər sadə deyil: “Bizim üçün, ümumiyyətlə, suverenlik və müstəqillik müstəsna dəyərdir. Bunu təmin etmək üçün hər şeyi etməyi özümüzə borc bilirik”.
Qeyd edək ki, İttifaq dövləti, yaxud Rusiya və Belarus İttifaq dövləti kimi də tanınır. Bu, Rusiya və Belarus tərəfindən yaradılmış təşkilatdır və 1996-cı ildə "Belarus və Rusiya Cəmiyyəti" olaraq qurulub. 1997-ci ildə imzalanan "Belarus və Rusiya arasındaki İttifaq müqaviləsi" ilə təşkilatın təməli möhkəmləndirilib. 1999-cu il dekabrın 8-də isə Rusiya və Belarus arasında "İttifaq dövləti"nin yaradılması haqqında müqavilə imzalanıb.