Ermənistanın paytaxtı Yerevanın Respublika meydanında "Vətəndaş müqaviləsi" Partiyasının başçılıq etdiyi Nikol Paşinyanın seçkiqabağı mitinqi keçirilib .
“Report” Ermənistan mediasına istinadən xəbər verir ki, mitinqdə bir çox məqamlar diqqəti cəlb edib.
Qeyd edilir ki, Yerevana aparan bütün magistralların həddindən artıq yüklü olmasına baxmayaraq, hakimiyyət oqanları müəssisələrinin əksəriyyətinin işçilərini mitinqə gəlməyə məcbur ediblər. Bununla da dövlət orqanları inzibati resurslardan maksimum istifadə ediblər. Lakin bütün bunlara baxmayaraq, iştirakçıların sayı yenə çox az olub.
Ermənistan mediasının paylaşdığı videogörüntülərdə mitinqdə iştirakçıların sayının azlığı əksini tapıb. Eyni zamanda aksiyaya xeyli sayda mülki geyimli polis əməkdaşları cəlb edilib. Media Paşinyanın öz təhlükəsizliyi üçün hətta snayperlərdən də istifadə etdiyini vurğulayıb.