Paşinyan: "İrəvan Bakı ilə dəmir yolu əlaqəsini açmağa hazırdır"

Paşinyan: "İrəvan Bakı ilə dəmir yolu əlaqəsini açmağa hazırdır" "İrəvan Bakı ilə dəmir yolu əlaqəsini açmağa hazırdır".
Region
9 Fevral , 2022 18:45
Paşinyan: İrəvan Bakı ilə dəmir yolu əlaqəsini açmağa hazırdır
Nikol Paşinyan

"Ermənistan Azərbaycanla təkcə dəmir yolu deyil, həm də avtomobil əlaqəsini açmağa hazırdır".

"Report" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı bildirib.

“Brüssel və Soçi görüşlərindən sonra biz yol marşrutlarının tikintisi və bərpası ilə bağlı təkliflər hazırlayıb Azərbaycan, Rusiya və beynəlxalq tərəfdaşlara təqdim etmişik və Azərbaycandan müsbət cavab aldıqdan sonra biz bu prosesi həyata keçirməyə hazırıq”, - Paşinyan deyib.

Hökumət başçısı qeyd edib ki, dəmir yolu ölkələrin qanunları və suverenliyi çərçivəsində beynəlxalq qaydalara uyğun fəaliyyət göstərməli, dəmir yollarının birləşdirilməsi üçün parametrlərin razılaşdırılması zəruridir.

“Əslində, bu, beynəlxalq yükdaşıma vasitəsinə çevriləcək və ona görə də sənədin mümkün qədər tez bir zamanda imzalanması gərəkdir, - Paşinyan vurğulayıb.

Son xəbərlər

Orphus sistemi