Paşinyan Estoniyaya rəsmi səfər edəcək
Region
- 24 aprel, 2025
- 17:14
Ermənistan baş naziri Nikol Paşinyan aprelin 27-28-də Estoniyaya rəsmi səfər edəcək.
“Report” xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Səfər çərçivəsində Paşinyan Estoniyanın Baş naziri Kristen Mixal, ölkə Prezidenti Alar Karis, Riyqikoqu parlamentinin spikeri Lauri Hussar və xarici işlər naziri Marqus Tsaxkna ilə görüşəcək.
Erməni icmasının nümayəndələri ilə görüş də nəzərdə tutulub.
İki ölkənin baş nazirlərinin mətbuat konfransı aprelin 28-nə planlaşdırılıb. Mətbuat konfransından əvvəl keçiriləcək ikitərəfli görüşdə müdafiə sahəsi məsələləri, ikitərəfli münasibətlərin inkişaf imkanları, Avropa İttifaqı-Ermənistan münasibətləri, həmçinin beynəlxalq təşkilatlarda əməkdaşlıqla bağlı məsələlər müzakirə olunacaq.
Son xəbərlər
00:00
Çempionlar Liqası: "Nyukasl" - "Qarabağ" oyunu başlayıb
Futbol23:57
"Yuventus" qapıçı axtarışına başlayıb
Futbol23:50
Britaniya "Drujba" neft kəmərini sanksiyalardan azad edib
Digər ölkələr23:46
Zelenski ABŞ-nin müharibəni 4 iyula qədər bitirmək istəyinə münasibət bildirib
Digər ölkələr23:39
Foto
Xocalı həqiqətləri Vaşinqtonda - FOTOLAR
Xarici siyasət23:18
İsveçrə və ABŞ-nin hərbçiləri Vaşinqtonda danışıqlar aparacaq
Digər ölkələr23:05
Gürcüstan Prezidenti: Abxaz və osetinlərlə vahid dövlətdə birgə yaşamaq istəyirik
Region22:51
BMT Baş Assambleyası Ukraynanın dayanıqlı sülh təşəbbüsünü dəstəkləyib
Digər ölkələr22:47