Paşinyan: “Ermənistanın strateji təhlükəsizliyi yalnız hərtərəfli sülhlə təmin oluna bilər”

Paşinyan: “Ermənistanın strateji təhlükəsizliyi yalnız hərtərəfli sülhlə təmin oluna bilər” “Ermənistanın strateji təhlükəsizliyi yalnız hərtərəfli sülhlə təmin oluna bilər”.
Region
3 May , 2023 17:54
Paşinyan: “Ermənistanın strateji təhlükəsizliyi yalnız hərtərəfli sülhlə təmin oluna bilər”
Nikol Paşinyan

“Ermənistanın strateji təhlükəsizliyi yalnız hərtərəfli sülhlə təmin oluna bilər”.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Nikol Paşinyan parlamentin iclasında deyib.

Onun sözlərinə görə, beynəlxalq vəziyyət regiona birbaşa təsir edir: “Regionumuzda təhlükəsizlik və sabitlik sistemləri deformasiyaya uğrayıb. Bu o deməkdir ki, biz əlavə çağırışlarla üzləşmişik”.

Baş nazir bildirib ki, ölkənin qarşısında duran əsas vəzifə deformasiya nəticəsində yaranan riskləri idarə etməkdir: “Bunun üçün isə hərtərəfli sülhə ehtiyac var. Sülhə nail olmaq mümkündür. Amma buna görə siyasi iradə və məqsədə çatmaq üçün aydın parametrlər lazımdır”.

Paşinya vurğulayıb ki, hakimiyyətin sülhə nail olmaq üçün siyasi iradəsi var.

Son xəbərlər

Orphus sistemi