Paşinyan: "Ermənistanda nazirliklərin sayı azalacaq"

Paşinyan: "Ermənistanda nazirliklərin sayı azalacaq" Bakı. 17 yanvar. REPORT.AZ/ Ermənistan hökumətində nazirliklərin sayı azalacaq.
Region
2778
17 Yanvar , 2019 12:29
Paşinyan: Ermənistanda nazirliklərin sayı azalacaq

Bakı. 17 yanvar. REPORT.AZ/ "Ermənistan hökumətində nazirliklərin sayı azalacaq". 

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə hökumətinin iclasında Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

O qeyd edib ki, Nazirlər Kabinetinin tam işləməsi üçün qısa zamanda hökumətin üçdə ikisi formalaşdırılacaq. Qalan nazirlər isə yeni hökumətin strukturu dəqiqləşəndən sonra təyin ediləcək.

Ermənistan hökumətində nazirliklərin sayının 17-dən 12-yə endiriləcəyi gözlənilir.

Qeyd edək ki, Nikol Paşinyan Ermənistan Prezidenti Armen Sarkisyan tərəfindən yanvarın 14-də baş nazir təyin edilib. O, büdcə vəsaitlərinə qənaət etmək üçün təkidlə nazirliklərin azalmasını istəyir.

Son xəbərlər

Orphus sistemi