Paşinyan cangüdənlərinin sayını artıraraq mühafizəsini gücləndirdi

Paşinyan cangüdənlərinin sayını artıraraq mühafizəsini gücləndirdi Ermənistanın baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan Müqəddəs Eçmiadzin kilsəsinə xeyli sayda mühafizəçinin müşayiəti ilə gedib.
Region
3476
22 Noyabr , 2020 22:34
Paşinyan cangüdənlərinin sayını artıraraq mühafizəsini gücləndirdi

Ermənistanın baş naziri Nikol Paşinyan və xanımı Anna Akopyan Müqəddəs Eçmiədzin kilsəsinə xeyli sayda mühafizəçinin müşayiəti ilə gedib.

Bu barədə "Report" Ermənistan mətbuatına istinadən xəbər verir.

Baş nazirin gözlənilmədən mühafizəçilərinin sayını xeyli artırması yerli mətbuatın diqqətini cəlb edib. KİV bildirib ki, Paşinyan və xanımı kilsənin ərazisinə girən kimi mühafizəçilər onun qapılarını bağlayıblar.

Qeyd edək ki, Ermənistan müxalifəti artıq bir neçə gündür ölkə hakimiyyəti əleyhinə kütləvi etiraz aksiyaları keçirir. Paytaxt Yerevan və digər şəhərlərdə keçirilən aksiyalarda etirazçılar Paşinyanın hakimiyyət komandasının istefasını tələb edirlər. Aksiyalar zamanı hökumət rəsmilərindən bir neçəsi, eləcə də etirazçılar xəsarət alıb.

Son xəbərlər

Orphus sistemi