Paşinyan bu hərbçilərin işdən çıxarılmasını istəyir

Paşinyan bu hərbçilərin işdən çıxarılmasını istəyir Ermənistanın prezident administrasiyasına respublikanın baş nazir aparatından 2 hərbçinin vəzifəsindən azad edilməsi barədə təklif irəli sürülüb.
Region
165
19 Fevral , 2020 14:44
Paşinyan bu hərbçilərin işdən çıxarılmasını istəyir
Nikol Paşinyan

Ermənistanın prezident administrasiyasına respublikanın baş nazir aparatından 2 hərbçinin vəzifəsindən azad edilməsi barədə təklif irəli sürülüb.

“Report” “News.am”a istinadən xəbər verir ki, irəli sürülən təklif ölkənin Hərbi Polis rəisi, polkovnik Artur Baqdasaryanın və Silahlı Qüvvələrin Mənəvi-Psixoloji Təminat üzrə İdarəsinin rəisi Aleksan Aleksanyanın işdən çıxarılması ilə bağlıdır.

Qeyd olunub ki, Prezident Armen Sarqsyanın təklifi imzalamaq üçün 3 gün müddəti var.

Xatırladaq ki, erməni mətbuatında son zamanlar Ermənistan ordusunda baş vermiş ölüm hadisələri ilə əlaqədar Hərbi Polis rəisi Artur Baqdasaryanın istefaya göndərilməsi barədə xəbərlər yayılmışdı. 

Son xəbərlər

Orphus sistemi