Paşinyan Brüsseldə keçiriləcək nüvə enerjisi sammitində iştirak edəcək
Region
- 15 fevral, 2024
- 10:25
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə keçiriləcək nüvə enerjisi sammitində iştirakını təsdiqləyib.
“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Belçikanın Ermənistandakı səfiri Erik de Myunk deyib.
“Martın 21-də Brüsseldə nüvə enerjisinə həsr olunmuş sammit təşkil olunacaq. Baş nazir Nikol Paşinyan bu tədbirdə iştirak edəcəyini təsdiqləyib. O, həmin vaxt Brüsseldə olacaq və Belçika hakimiyyətinin nümayəndələri ilə görüşə biləcək”, - o vurğulayıb.
Xatırladaq ki, martın 21-22-də Brüsseldə nüvə enerjisinə həsr olunmuş sammit keçiriləcək. Sammitə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi və Belçikanın Baş naziri Aleksandr De Kros həmsədrlik edəcək.
Son xəbərlər
05:14
Rusiyanın cənubunda "Ozon" logistika mərkəzində dron hücumundan sonra yanğın olub
Region
04:47
Ağdaş və Göyçayın bir sıra ərazilərində bu gün işıq olmayacaq
Energetika
04:28
Tramp: ABŞ-nin yaxın vaxtlarda İrana zərbə endirmək planı yoxdur
Digər ölkələr
03:54
"Qalatasaray" "Ştutqart"la matçda fərqlənən Batrakovla müqaviləyə yenidən baxacaq
Futbol
03:18
NYT: ABŞ və Venesuela hərbi sazişlə bağlı danışıqlar aparır
Digər ölkələr
02:44
Yasamal, Nizami, Binəqədi və Abşeronun bir sıra ərazilərində işıq olmayacaq
Energetika
02:13
NYT: İsrail ABŞ-ni İranın potensial kimyəvi silah istifadəsi ilə bağlı xəbərdar edib
Digər ölkələr
01:55
Çempionlar Liqası: "Qalatasaray", "Barselona" və PSJ qalib gəlib
Futbol
01:49
Belqraddan Moskvaya uçan təyyarə təhlükəsizlik səbəbindən geri qaytarılıb
Digər ölkələr