Paşinyan: "Azərbaycan Ermənistanın təkliflərinə cavab verib"

Paşinyan: "Azərbaycan Ermənistanın təkliflərinə cavab verib" Azərbaycan Ermənistanın təkliflərinə cavab verib.
Region
14 Mart , 2023 12:27
Paşinyan: Azərbaycan Ermənistanın təkliflərinə cavab verib
Nikol Paşinyan

Azərbaycan Ermənistanın təkliflərinə cavab verib.

“Report” xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan martın 14-də keçirdiyi mətbuat konfransında məlumat verib.

"Rəsmi Bakı fevralın ortalarında İrəvanın təqdim etdiyi sülh danışıqları üzrə mətnə iki gün əvvəl cavab verib", - o vurğulayıb.

N.Paşinyan həmçinin bildirib ki, İrəvanla Bakı arasında razılaşma effektiv olmalıdır.

Qeyd edək ki, fevralın 16-da keçirdiyi mətbuat konfransında Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh və münasibətlərin normallaşması haqqında saziş layihəsinin növbəti mərhələsinin işini başa çatdırdıqlarını bildirmişdi.

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistanın sülh sazişi layihəsinə Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin müzakirəsi üçün beynəlxalq mexanizmin yaradılması ilə bağlı bənd daxil etmək niyyətini rədd edərək bunu Azərbaycanın daxili işlərinə müdaxilə kimi qiymətləndirib.

Azərbaycan bildirib ki, Ermənistan bu sənədlə regionda sülhün bərqərar olmasında maraqlı olmadığını nümayiş etdirib: “Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə, eləcə də ölkələrin bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıdığı Praqa və Soçi razılaşmalarına zidd olaraq hələ də Azərbaycana qarşı ərazi iddialarından əl çəkməyib”.

Son xəbərlər

Orphus sistemi