Paşinyan ABŞ rəsmisi ilə Azərbaycanla münasibətlərin normallaşmasını müzakirə edib

Paşinyan ABŞ rəsmisi ilə Azərbaycanla münasibətlərin normallaşmasını müzakirə edib Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olsonla Azərbaycanla münasibətlərin normallaşmasını müzakirə edib.
Region
18 Aprel , 2023 12:49
Paşinyan ABŞ rəsmisi ilə Azərbaycanla münasibətlərin normallaşmasını müzakirə edib

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin köməkçisinin müavini Erika Olsonla Azərbaycanla münasibətlərin normallaşmasını müzakirə edib.

“Report” “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə hökumətin mətbuat xidmətindən bildirilib.

Vurğulanıb ki, tərəflər həmçinin kommunikasiya xətlərinin açılması barədə də danışıblar.

Bundan başqa, onlar qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

Qeyd edək ki, E.Olson Ermənistanda səfərdədir. O, daha əvvəl Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan və parlamentin vitse-spikeri Ruben Rubinyanla görüşüb.

Son xəbərlər

Orphus sistemi