Ermənistan prezidenti Vaaqn Xaçaturyanın fərmanı ilə Paruyr Ovannisyanı ölkənin BMT-dəki daimi nümayəndəsi təyin edib.
"Report"un məlumatına görə, bu barədə erməni KİV-ləri xəbər verir.
"Baş nazirin təklifini əsas götürərək Paruyr Ovannisyanı Ermənistan Respublikasının Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi təyin edilsin", - fərmanda deyilir.
Paruyr Hovannisyan Ermənistan xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, baş nazir Nikol Paşinyan bu barədə müvafiq qərar imzalayıb.
P.Hovannisyan 2021-ci il noyabrın 9-da bu vəzifəyə təyin edilənə qədər Ermənistan XİN-in Avropa departamentinin rəisi, daha sonra isə ölkənin Avropa Şurasında (AŞ) daimi nümayəndəsi postlarını tutub.