Papuaşvili: Qəbul etdiyimiz qərarlar milli maraqlara və geosiyasi reallıqların düzgün qiymətləndirilməsinə əsaslanıb

Papuaşvili: Qəbul etdiyimiz qərarlar milli maraqlara və geosiyasi reallıqların düzgün qiymətləndirilməsinə əsaslanıb Gürcüstan hökumətinin qəbul etdiyi qərarlar milli maraqlara və geosiyasi reallıqların düzgün qiymətləndirilməsinə əsaslanıb.
Region
1 Fevral , 2025 17:25
Papuaşvili: Qəbul etdiyimiz qərarlar milli maraqlara və geosiyasi reallıqların düzgün qiymətləndirilməsinə əsaslanıb
Şalva Papuaşvili

Gürcüstan hökumətinin qəbul etdiyi qərarlar milli maraqlara və geosiyasi reallıqların düzgün qiymətləndirilməsinə əsaslanıb.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili bildirib.

Spiker sosial şəbəkədə Ukraynada mümkün hərbi eskalasiya ilə bağlı 2022-ci il fevralın 1-də qəbul edilən parlament qətnaməsi barədə fikirlərini də bölüşüb. Onun sözlərinə görə, qətnamənin əsas məqsədi Ukraynanın suverenliyinə dəstək ifadə etmək və bölgədə müharibənin qarşısını almağa çağırış etmək olub.

Ş.Papuaşvili qeyd edib ki, həmin vaxt radikal müxalifət bu qətnaməyə səs verməkdən imtina edib, çünki sənədi Rusiya ilə kifayət qədər sərt mövqedə olmamaqda ittiham edirdi.

“Müharibədən bir ay öncə qəbul etdiyimiz qətnamənin mahiyyəti Ukraynanın suverenliyinə hörmət, həmrəylik nümayişi və ən əsası müharibənin baş verməməsinə çağırış idi. Lakin müxalifət qətnamənin Rusiyaya qarşı kifayət qədər sərt olmadığını iddia edərək ona dəstək vermədi”, - o bildirib.

Son xəbərlər

Orphus sistemi