Pandemiya Ermənistanı yenidən cənginə alıb

Pandemiya Ermənistanı yenidən cənginə alıb Ermənistanda daha 543 nəfərdə koronavirus aşkarlanıb
Region
3 Oktyabr , 2020 12:08
Pandemiya Ermənistanı yenidən cənginə alıb

Ermənistanda daha 543 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 51 925-ə yüksəlib.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 6 nəfər artaraq 972-yə çatıb. İndiyədək 44 583 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 6 068 aktiv koronavirus xəstəsi var.

Qeyd edək ki, ötən gün Ermənistan 532 nəfərin koronavirusa yoluxduğunu, 3 nəfərin öldüyünü açıqlamışdı.

Son xəbərlər

Orphus sistemi