Pakistanın keçmiş baş nazirləri istintaqa ifadə verəcəklər

Pakistanın keçmiş baş nazirləri istintaqa ifadə verəcəklər Bakı. 8 oktyabr. REPORT.AZ/ Pakistanın keçmiş baş nazirləri Nəvaz Şərif və Şahid Hakan Abbasi, jurnalist Cyril Almedia vətənə xəyanət ittihamı ilə ifadə verəcəklər.
Region
8 Oktyabr , 2018 14:20
Pakistanın keçmiş baş nazirləri istintaqa ifadə verəcəklər
0 : 00
0 : 00

Bakı. 8 oktyabr. REPORT.AZ/ Pakistanın keçmiş baş nazirləri Nəvaz Şərif və Şahid Hakan Abbasi, jurnalist Cyril Almedia vətənə xəyanət ittihamı ilə ifadə verəcəklər.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, onlar oktyabrın 22-dək istintaqda olmalıdırlar.

İttihama əsasən, Nəvaz Şərif 2008-ci ildə Mumbayda törədilən terror hücumunun araşdırmasının mülki qurumlar tərəfindən aparılmasına mane olub. Çünki bu cinayət işini hərbçilər aparırmış. Bu məsələ Baş nazir Şahid Hakan Abbasiyə çatdırılıb. O da öz növbəsində, bunu Nəvaz Şərifə bildirib. Lahor əyalətinin məhkəməsi bu halı Pakistan Konstitusiyasına və Cinayət Məcəlləsinə zidd adlandırıb.

Qeyd edək ki, 2008-ci ildə 9 nəfərin törətdiyi terror hücumu nəticəsində 166 nəfər ölmüşdü. Onda bu cinayətin məsuliyyətini Leşgəri-Tayyibe öz üzərinə götürmüşdü.

Mumbay (1995-ci ilə qədər Bombey) Hindistanın Maharastra əyalətinin paytaxtı, liman şəhəridir. O, Salsette yarımadasında yerləşir. Şəhərin mərkəzi yarımadadan Ərəbistan dənizinə tərəf uzanan nazik torpaq sahələri üzərində yerləşib. Şəhər Hindistanın iqtisadi mərkəzi hesab edilir və məşhur Bollivud kinofilm studiyasının vətənidir. 

Son xəbərlər

Orphus sistemi