Pakistanın Baş naziri: "Türkiyə xalqının qəhrəmanlıq mübarizəsi tarix salnaməsində mühüm yer tutur”
- 29 oktyabr, 2022
- 08:46
Yeniliklərdən dərhal xəbərdar olun!
“Qazi Mustafa Kamal Atatürkün rəhbərliyi ilə Türkiyə xalqının müstəqillik uğrunda apardığı qəhrəmanlıq mübarizəsi tarix salnaməsində mühüm yer tutur”.
“Report” xəbər verir ki, bunu Pakistanın Baş naziri Şahbaz Şərif tviterdə yazıb.
O, 29 Oktyabr - Respublika Günü münasibətilə Türkiyəni təbrik edib: “Türkiyə Cümhuriyyətinin qurulmasının 99-cu ildönümü münasibətilə Prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına ən səmimi təbriklərimizi çatdırıram”.
Türkiye'nin 99. Cumhuriyet Bayramı'nda Cumhurbaşkanı @RTErdogan'a ve Türk milletine en içten selamlarımızı gönderiyorum. Gazi Mustafa Kemal Atatürk'ün önderliğinde Türk milletinin kahramanca yürüttüğü bağımsızlık mücadelesi tarihin kayıtlarında önemli bir yere sahiptir.
— Shehbaz Sharif (@CMShehbaz) October 29, 2022