“Qəlbim Türkiyə və Pakistandır, canım Azərbaycandır” mahnısı populyarlıq qazandı

“Qəlbim Türkiyə və Pakistandır, canım Azərbaycandır” mahnısı populyarlıq qazandı Pakistan bəstəkarı və musiqiçisi Əsəd Qureyşi ölkəsinin Türkiyə və Azərbaycanla dostluğu mövzusunda mahnı bəstələyib.
Region
26 Mart , 2021 20:17
“Qəlbim Türkiyə və Pakistandır, canım Azərbaycandır” mahnısı populyarlıq qazandı

Pakistan bəstəkarı və musiqiçisi Əsəd Qureyşi ölkəsinin Türkiyə və Azərbaycanla dostluğu mövzusunda mahnı bəstələyib.

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, mahnı “Dil Hai Turkey, Pakistan, Jan Hai Azerbaijan" (“Qəlbim Türkiyə və Pakistandır, canım Azərbaycandır”) adlanır. O, həmçinin türk və urdu dillərində klip hazırlayıb və mahnını "Youtube" video hostinqinə yerləşdirib.

Pakistanın Lahor şəhərində çəkilmiş klipdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın, Azərbaycan Prezidenti İlham Əliyevin və Pakistanın baş naziri İmran Xanın olduğu kadrlar yer alıb.

Klipə həmçinin məşhur türk serialı “Diriliş Erturul” və “Kuruluş Osman” seriallarından parçalar, eləcə də İstanbulun tarixi görməli yerlərindən təsvirlər daxil edilib.

Qüreyşi "Anadolu" agentliyinə bildirib ki, onun mahnısı üç ölkə arasında dostluq münasibətlərinə hörmət əlamətidir.

"Mənim mahnım Pakistan xalqının türk və Azərbaycan qardaşlarına hədiyyəsidir. Mahnıda həmçinin Azərbaycanı xatırlayıram ki, ölkəmdə yaşayan insanlar Azərbaycanın həmişə Türkiyəyə dəstək göstərdiyini bilsinlər", - bəstəkar deyib.

Son xəbərlər

Orphus sistemi