Özbəkistanda parlament seçkilərində erkən səsvermənin vaxtı məlum olub
Region
- 09 oktyabr, 2024
- 08:27
Özbəkistanda parlament seçkilərində erkən səsvermə oktyabrın 16-23-də keçiriləcək.
"Report" Özbəkistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidməti məlumat yayıb.
“MSK-nın növbəti iclasında seçki günü yaşayış yeri üzrə ola bilməyən seçicilər üçün 2024-cü il oktyabrın 16-23-də erkən səsvermənin təşkili ilə bağlı qərar qəbul edilib”, – məlumatda bildirilib.
Seçki məntəqələrində erkən səsvermə iş günləri saat 9.00-dan 18.00-dək, həftə sonları isə saat 11.00-dan 17.00-dək keçiriləcək.
Özbəkistanda parlament seçkiləri oktyabrın 27-də keçiriləcək. Seçki kampaniyasına iyulun 26-da start verilib, sentyabrın 22-dən isə namizədlərin seçkiqabağı təşviqat kampaniyası keçirilir.
Son xəbərlər
03:38
Tramp İranın raket potensialının əhəmiyyətli hissəsinin məhv edildiyini bildirib
Digər ölkələr03:09
ABŞ Senatı DTN-in maliyyələşdirilməsi layihəsini yenə dəstəkləməyib
Digər ölkələr02:51
Serbiyanın XİN başçısı Balkanların Avropada sabitliyin sütunlarından biri ola biləcəyini düşünür
Digər ölkələr02:32
İtaliyanın İrandakı səfirliyi Bakıdan fəaliyyət göstərəcək
Digər ölkələr02:10
Əraqçi ABŞ-nin İranın siyasi sistemini sıradan çıxarmağa nail ola bilmədiyi qənaətindədir
Region01:46
İsveçrə Aİ-nin sülhməramlı missiyalarında iştirak edəcək
Digər ölkələr01:10
BMT-nin rezident-əlaqələndiricisi Azərbaycana təşəkkür edib
Xarici siyasət00:54
Beyrutda "Hizbullah" komandirlərindən biri zərərsizləşdirilib
Digər ölkələr00:22