Özbəkistanda koronavirusa yoluxanların sayı 2 266-ya yüksəldi

Özbəkistanda koronavirusa yoluxanların sayı 2 266-ya yüksəldi Özbəkistanda daha 33 nəfərdə koronavirus aşkarlanıb.
Region
7 May , 2020 09:39
Özbəkistanda koronavirusa yoluxanların sayı 2 266-ya yüksəldi
0 : 00
0 : 00

Özbəkistanda daha 33 nəfərdə koronavirus aşkarlanıb.

“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.

Məlumata görə, Özbəkistanda koronavirusa yoluxma faktlarının sayı 2 266-ya çatıb.

Mərkəzi Asiya ölkəsində virusa yoluxan 1 556 nəfər sağalsa da, 10 nəfər ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3,8 milyonu ötüb. Bunların 1,3 milyon nəfərdən çoxu sağalıb, 265 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Son xəbərlər

Orphus sistemi