Özbəkistanda daha 7 nəfərdə koronavirus aşkarlanıb.
“Report” xəbər verir ki, bunu ölkənin Səhiyyə Nazirliyi açıqlayıb.
Məlumata görə, Özbəkistanda koronavirusa yoluxma faktlarının sayı 2 046-ya çatıb.
Mərkəzi Asiya ölkəsində virusdan 1 133 nəfəri sağalsa da, 9 nəfər ölüb.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 210 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 308 000-i ötüb. Bunların 1 042 981 nəfəri sağalıb, 234 123 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.