Özbəkistanda 1500 nəfər dondurmadan zəhərlənib

Özbəkistanda 1500 nəfər dondurmadan zəhərlənib Zəhərlənənlərin hamısı Şəhrixan rayonunun mərkəzindəki “Maks” kafesində dondurma yeyib
Region
102
19 May , 2017 09:46
Özbəkistanda 1500 nəfər dondurmadan zəhərlənib

Bakı. 19 may. REPORT.AZ/ Özbəkistanın Əndican vilayətinin Şəhrixan rayonunda 1500 nəfərdən çox insan dondurmadan zəhərlənib.

“Report” “CA-NEWS”a istinadən xəbər verir ki, rayonun bir neçə yüz sakininə ilkin tibbi yardım göstərilib.

İnformasiyaya əsasən, rayon xəstəxanalarından yalnız birində 200-ə yaxın zəhərlənən sakin yerləşdirilib. Onlardan 5 nəfəri reanimasiya şöbəsinə köçürülüb.

Əndican vilayəti Səhiyyə İdarəsindən bildirilib ki, zəhərlənənlərin hamısı Şəhrixan rayonunun mərkəzindəki “Maks” kafesində dondurma yeyiblər. 

Son xəbərlər

Orphus sistemi