Özbəkistan XİN: “Nukusda 270 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb”

Özbəkistan XİN: “Nukusda 270 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb” Nukus şəhərində baş vermiş iğtişaşlar zamanı 107 hüquq-mühafizə orqanı əməkdaşı ağır yaralanıb, onlardan 23-nün vəziyyəti ağırdır.
Region
7 İyul , 2022 03:45
Özbəkistan XİN: “Nukusda 270 hüquq-mühafizə orqanı əməkdaşı xəsarət alıb”

Nukus şəhərində baş vermiş iğtişaşlar zamanı 107 hüquq-mühafizə orqanı əməkdaşı ağır yaralanıb, onlardan 23-nün vəziyyəti ağırdır.

“Report”un məlumatına görə, bu barədə Özbəkistan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.

Qeyd olunub ki, ümumilikdə 270 hüquq-mühafizə orqanı əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb.

“Ümumi müzakirəyə çıxarılan konstitusiyaya dəyişikliklərlə bağlı təkliflərə etiraz bəhanəsi ilə bir qrup təcavüzkar zorakılıq aksiyaları, toqquşmalar və hökumət binalarını zorla ələ keçirməyə cəhdlər təşkil edib”, - XİN-in bəyanatında deyilir.

Son xəbərlər

Orphus sistemi