Özbəkistan və Tacikistan arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb
Region
- 17 avqust, 2018
- 12:03
Bakı. 17 avqust. REPORT.AZ/ Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Tacikistan prezidenti Emoməli Rəhmon Daşkənddə ölkələr arasında strateji tərəfdaşlıq haqqında saziş imzalayıblar.
Bu barədə "Report" TASS-a istinadən xəbər verir.
E.Rəhmon sazişin iki ölkə arasındakı əlaqələrdə əsas və baza sənədi olacağını bildirib. Ş.Mirziyoyev isə, öz növbəsində, rəsmi Daşkəndin iki ölkənin xalqları arasında sarsılmaz dostluq körpüsünün tam gücləndirilməsi üçün hər cür səyləri göstərməyə davam edəcəyini açıqlayıb.
Xatırladaq ki, Tacikistan prezidenti E.Rəhmon özbəkistanlı həmkarı Şavkat Mirziyoyevin dəvəti ilə 17 il ərzində ilk dəfə Özbəkistana gedib. Bu ilin yazında isə Özbəkistan prezidenti tarixdə ilk dəfə Tacikistana dövlət səfəri edib.
Son xəbərlər
02:38
ABŞ Litva vasitəsilə Ukraynaya ilk təbii qaz partiyasını göndərib
Digər ölkələr02:14
Fidan Türkiyənin Ermənistanla münasibətləri normallaşdırmaq şərtini açıqlayıb
Region01:49
DÇ-2026: Türkiyə səfərdə xal qazanıb, Şotlandiya öz meydanında qalib olub
Futbol01:25
Foto
Video
ABŞ lideri və Səudiyyə Ərəbistanının vəliəhdi Ağ Evdə danışıqlar aparıblar - YENİLƏNİB
Digər ölkələr01:07
"Qalatasaray" "Real Madrid"in hücumçusunu icarəyə götürmək istəyir
Futbol00:38
Foto
Akademik Musiqili Teatrda "Gülçöhrə və Əsgər" tamaşasının premyerası olub
İncəsənət00:19
Foto
"Azərbaycan dilini öyrənirik" kitabının təqdimat mərasimi olub
Ədəbiyyat00:12
Ermənistanda son 10 ayda 30 169 müəssisə fəaliyyətini dayandırıb
Region23:53