Özbəkistan Türk Şurasına üzv olmaq üçün müraciət edib

Özbəkistan Türk Şurasına üzv olmaq üçün müraciət edib Özbəkistan hökuməti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) üzvlüyünə daxil olmaq üçün rəsmi olaraq qurumun katibliyinə müraciət edib.
Region
12 Sentyabr , 2019 19:59
Özbəkistan Türk Şurasına üzv olmaq üçün müraciət edib

Özbəkistan hökuməti Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) üzvlüyünə daxil olmaq üçün rəsmi olaraq qurumun katibliyinə müraciət edib.

“Report” AA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

O həmçinin Türkmənistan hökumətinin də TDƏŞ-ə müşahidəçi üzvlüyə qəbul olunmaq arzusunu, bununla bağlı Şuranın baş katibi Bağdad Amreyevin Aşqabada yollanacağını diqqətə çatdırıb.

Nazir TDƏŞ-in 16 oktyabr tarixində keçiriləcək növbəti zirvə görüşü ərəfəsində genişlənməsini müsbət səciyyələndirərək təşkilatın mühüm regional oyunçuya çevriləcəyinə ümidvar olduqlarını qeyd edib.

Bununla yanaşı, TDƏŞ-in ötən il keçirilən İssıq-göl sammitində Macarıstanın müşahidəçi qismində iştirak etdiyini xatırladan türkiyəli nazir sentyabrın 19-da Budapeştdə Şuranın xarici işlər nazirlərinin iştirakı ilə qurumun Avropa mərkəzinin açılacağını da bildirib.

Son xəbərlər

Orphus sistemi