Özbəkistan baş nazirinin müavini: “BTQ layihəsi regionlararası əməkdaşlığın yeni faktorudur”

Özbəkistan baş nazirinin müavini: “BTQ layihəsi regionlararası əməkdaşlığın yeni faktorudur” “Bakı-Tbilisi-Qars layihəsinin reallaşdırılması regionlararası əməkdaşlığın yeni faktorudur”.
Region
22 Oktyabr , 2019 11:35
Özbəkistan baş nazirinin müavini: “BTQ layihəsi regionlararası əməkdaşlığın yeni faktorudur”

“Bakı-Tbilisi-Qars layihəsinin reallaşdırılması regionlararası əməkdaşlığın yeni faktorudur”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Özbəkistan baş nazirinin müavini Elyor Qəniyev beynəlxalq Tbilisi İpək Yolu Forumunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, regiondakı dəniz limanları arasında əlaqələrin gücləndirilməsi bu əməkdaşlığın effektivliyini artırır.

E.Qəniyev deyib ki, BTQ layihəsi Çin-Mərkəzi Asiya-Qafqaz-Avropa subregional nəqliyyat dəhlizinin formalaşdırılması üçün yeni imkanlar yaradır: “Ümid edirik ki, bu dəhliz böyük İpək Yolunda tam yeni şərait yarada biləcək”.

Baş nazirin müavini bildirib ki, Özbəkistan qonşu və tərəfdaş ölkələrlə - Türkmənistan, Azərbaycan, Türkiyə ilə birgə tranzit dəhizinin effektivliyinin artırılması üçün yaxşı şəraitin yaradılmasında maraqlıdır.

O qeyd edib ki, bu baxımdan regiondakı dəmir yolları və dəniz limanlarının böyük potensialı var.

Son xəbərlər

Orphus sistemi