Oxçuçayı çirkləndirən kombinatın iki əməkdaşı saxlanılıb

Oxçuçayı çirkləndirən kombinatın iki əməkdaşı saxlanılıb Ermənistanın Zəngəzur Mis-molibden kombinatında axtarışdan sonra müəssisənin iki əməkdaşı saxlanılıb.
Region
15 İyul , 2021 13:34
Oxçuçayı çirkləndirən kombinatın iki əməkdaşı saxlanılıb

Ermənistanın Zəngəzur Mis-molibden kombinatında axtarışdan sonra müəssisənin iki əməkdaşı saxlanılıb.

“Report” xəbər verir ki, məlumatı “Sputnik Armeniya” yayıb.

Bildirilib ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin əməkdaşları kombinatdakı xidməti kompüter və mühasibatlığa aid sənədləri müsadirə ediblər.

Bir müddət əvvəl isə müəssisənin 5 əməkdaşı saxlanılmışdı.

Qeyd edək ki, iyulun 14-də kombinatda xidmətin xüsusi təyinatlıları əməliyyat keçirib.

Son xəbərlər

Orphus sistemi