2023-cü ildə 254 azərbaycanlı kişi Türkiyədə ailə qurub.
“Report” Türkiyə KİV-nə istinadən xəbər verir ki, bu, Türkiyə Statistika İdarəsinin (TÜİK) 2023-cü il üçün doğum, evlilik və boşanma hesabatında yer alıb.
Məlumata görə, Türkiyədə ötən il əcnəbi bəylərin sayı 6 min 345, əcnəbi gəlinlərin sayı isə 31 min 29 olub. Almanlar 21,9 faizlə birinci yerdə qərarlaşıb. Onlardan sonrakı yeri 19,2 faizlə suriyalı bəylər və 5,1 faizlə avstriyalı bəylər tutub.
Türkiyədə evlənən alman kişilərin sayı ötən il 1387 nəfər olub. Sonrakı yerləri isə Suriya (1219), Avstriya (326), Əfqanıstan (316) tutub. Ötən il 254 azərbaycanlı kişi Türkiyədə evlənib.
Əcnəbi gəlinlər arasında isə 12 faizlə özbək xanımlar birinci olub. Özbək gəlinləri 11,3 faizlə suriyalılar və 9,1 faizlə azərbaycanlı gəlinlər izləyib.