Ötən il Rusiya vətəndaşlığı alanlar arasında ermənilər çoxluq təşkil edib

Region
  • 15 yanvar, 2022
  • 05:32
Ötən il Rusiya vətəndaşlığı alanlar arasında ermənilər çoxluq təşkil edib

Ötən il Rusiya vətəndaşlığını 667 mindən çox xarici ölkə vətəndaşı və vətəndaşlığı olmayan şəxs alıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyindən bildirilib.

Məlumata görə, 2020-ci ilin uyğun dövründə isə bu rəqəm 563 min nəfər olub.

“2021-ci ildə Rusiya vətəndaşlığı alanlar arasında Ukrayna, Tacikistan, Qazaxıstan və Ermənistan vətəndaşları çoxluq təşkil edir”, - nazirlikdən bildirilib.

Qeyd olunub ki, ötən ilin ilk 11 ay ərzində 800-dən çox yüksək ixtisaslı əcnəbi Rusiya vətəndaşlığını qəbul edib. 2020-ci ilin uyğun dövründə isə bu rəqəm 950 nəfər olub.