Ötən il rekord sayda erməni Rusiya vətəndaşlığını qəbul edib

Ötən il rekord sayda erməni Rusiya vətəndaşlığını qəbul edib Ötən il 656,3 min nəfər Rusiya vətəndaşlığını qəbul edib. Bu, əsrin əvvəlindən bəri qeydə alınan rekord rəqəmdir.
Region
2 Fevral , 2021 13:14
Ötən il rekord sayda erməni Rusiya vətəndaşlığını qəbul edib

Ötən il 656,3 min nəfər Rusiya vətəndaşlığını qəbul edib. Bu, əsrin əvvəlindən bəri qeydə alınan rekord rəqəmdir.

“Report” xəbər verir ki, bunu Rusiya Daxili İşlər Nazirliyinin miqrasiya statistikasını araşdıran “FınExpertiza” auditor-konsaltinq şəbəkəsindən bildiriblər.

Məlumata görə, Rusiya pasportu verilənlər arasında ukraynalılar birinci yerdədir – 409,5 nəfər. Bunlar əsasən Ukraynanın işğal altındakı Donbas bölgəsinin rus sakinləridir. Bu göstəriciyə görə ukraynalıların ən yaxın izləyiciləri tacikistanlılar (63,4 min) və qazaxıstanlılardır (43,4 min).

Ermənistan vətəndaşları isə 4-cü yerdə qərarlaşıblar. 2020-ci ildə rekord sayda – 30,5 min Ermənistan vətəndaşına Rusiya pasportu verilib. Ümumiyyətlə, son 3 ildə 82 min Ermənistan vətəndaşı Rusiya pasportu alıb.

İlk beşliyi Özbəkistan vətəndaşları bağlayır. Ötən il bu ölkənin 23,1 min vətəndaşı Rusiya pasportu alıb.

Rusiya vətəndaşlığı alanlar arasında postsovet ölkələri ilə yanaşı amerikalı (148), almaniyalı (203) və fransızların (78) olması diqqət çəkib.

Qeyd edək ki, öncəki rekord 2005-ci ildə qeydə alınmışdı. Həmin il 500 min nəfər Rusiya vətəndaşlığını qəbul etmişdi.

Son xəbərlər

Orphus sistemi