Ötən gün Tbilisidə baş vermiş yol qəzasında ölən və yaralananlar azərbaycanlılar olub - YENİLƏNİB

Ötən gün Tbilisidə baş vermiş yol qəzasında ölən və yaralananlar azərbaycanlılar olub - YENİLƏNİB Tbilisi. 10 yanvar. REPORT.AZ/ Tbilisidə ötən gün təcili tibbi yardım maşınının törətdiyi yol qəzası nəticəsində ölən və yaralanan azərbaycanlılar Bolnisi və Marneuli rayonlarından olan Gürcüstan vətəndaşlarıdır.
Region
10 Yanvar , 2019 15:50
Ötən gün Tbilisidə baş vermiş yol qəzasında ölən və yaralananlar azərbaycanlılar olub - YENİLƏNİB

Tbilisi. 10 yanvar. REPORT.AZ/ Tbilisidə ötən gün təcili tibbi yardım maşınının törətdiyi yol qəzası nəticəsində ölən və yaralanan azərbaycanlılar Bolnisi və Marneuli rayonlarından olan Gürcüstan vətəndaşlarıdır.

Bu barədə “Report”un yerli bürosuna Azərbaycanın Gürcüstandakı səfirliyindən məlumat verilib.

Səfirlikdən bildirilib ki, qəzada xəsarət alan şəxslərin Azərbaycan vətəndaşları olması barədə mətbuatda həqiqətə uyğun olmayan məlumat yayılıb.

Qeyd olunub ki, hadisə səfir Dursun Həsənovun nəzarətindədir. Onun tapşırığı ilə səfirlik nümayəndələri hadisə ilə bağlı araşdırma aparıblar, qəzada ölən şəxsin yaxınları və xəsarət alanlarla görüşüblər.

Hadisə ilə bağlı bütün məsələlər səfirliyin nəzarətindədir. Səfirlik əməkdaşları Gürcüstanın Daxili İşlər Nazirliyində olub və Azərbaycan tərəfinin məsələ ilə maraqlandığını bildiriblər.

Azərbaycan səfirliyi qəza törədən şəxsin qanun çərçivəsində cəzalandırılmasını diqqətdə saxlayacaq.


*** 12:07

Tbilisi. 10 yanvar. REPORT.AZ/ Ötən gün Tbilisidə, mərkəzi Çavçavadze prospektində təcili tibbi yardım maşınının törətdiyi ağır yol qəzasında ölən və yaralanan şəxslərin azərbaycanlılar olduğu məlum olub.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, həmin şəxslər tikintidə fəhlə kimi çalışıblar.

Ölən şəxs Bolnisi rayonunun Zol-Göyəc kənd sakini, tikintidə çalışan 27 yaşlı Babək Həsənovdur. O, üç uşaq atası idi.

Qəza nəticəsində xəsarət alan 12 nəfərdən 10-nu azərbaycanlıdır. Onlardan ikisinin vəziyyəti ağır olub, birinin ayağı amputasiya edilib.

Qeyd edək ki, təcili tibbi yardım maşını tikinti ərazisində yerləşən və fəhlələrin olduğu köşkə çırpılıb. Digər yaralanan şəxslər təcili tibbi yardım briqadasının üzvü olub.

Gürcüstan Daxili İşlər Nazirliyi faktla bağlı cinayət işi açıb. Təcili tibbi yardım maşınınn sürücüsü istintaqa cəlb olunub. 

Son xəbərlər

Orphus sistemi