Onur Sevim: “Türkiyə hər zaman Azərbaycanla birgə olub, bundan sonra da olmağa davam edəcək”

Onur Sevim: “Türkiyə hər zaman Azərbaycanla birgə olub, bundan sonra da olmağa davam edəcək” “Türkiyə hər zaman Azərbaycanla birgə olub, bundan sonra da "Bir millət, iki dövlət" şüarına sadiq qalaraq azərbaycanlı qardaşlarının yanında olmağa davam edəcək”.
Region
20 Fevral , 2022 15:52
Onur Sevim: “Türkiyə hər zaman Azərbaycanla birgə olub, bundan sonra da olmağa davam edəcək”

“Türkiyə hər zaman Azərbaycanla birgə olub, bundan sonra da "Bir millət, iki dövlət" şüarına sadiq qalaraq azərbaycanlı qardaşlarının yanında olmağa davam edəcək”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Türkiyənin Gürcüstandakı səfirinin müavini Onur Sevim Tbilisidə "Xocalıya ədalət" adlı sərginin açılış mərasimində deyib.

Diplomat qeyd edib ki, Xocalı faciəsi tarixin gördüyü ən dəhşətli hadisədir.

Onun sözlərinə görə, Xocalı soyqırımı yalnız azərbaycanlıların faciəsi deyil, insanlıq üçün də qara ləkədir: "Xocalı azərbaycanlılarla yanaşı türk dünyasının qəlbində də böyük yara açıb. Bu qətliam insan olan hər kəsin ürəyində davamlı olaraq yaşamalıdır".

Diplomat vurğulayıb ki, Xocalı faciəsinin törədilməsi azərbaycanlıların milli əzmini qırmaq məqsədi daşıyırdı: "Lakin bu məqsədə nail olunmadı. Biz bunu 44 günlük Vətən müharibəsində gördük. Türkiyə hər zaman Azərbaycanla birgə olub, bundan sonra da "Bir millət, iki dövlət" şüarına sadiq qalaraq azərbaycanlı qardaşlarının yanında olmağa davam edəcək".

Son xəbərlər

Orphus sistemi