Omskda evdə yanğın olub, övladlığa götürülən 5 uşaq ölüb

Omskda evdə yanğın olub, övladlığa götürülən 5 uşaq ölüb Bakı. 22 yanvar. REPORT.AZ/ Rusiyanın Omsk vilayətində evdə baş verən yanğın nəticəsində övladlığa götürülən 5 uşaq ölüb, anası isə yaralanaraq, xəstəxanaya yerləşdirilib.
Region
22 Yanvar , 2018 14:10
Omskda evdə yanğın olub, övladlığa götürülən 5 uşaq ölüb
Павел Михеев/РИА «Новости»

Bakı. 22 yanvar. REPORT.AZ/ Rusiyanın Omsk vilayətində evdə baş verən yanğın nəticəsində övladlığa götürülən 5 uşaq ölüb, anası isə yaralanaraq, xəstəxanaya yerləşdirilib.

“Report” RİA "Novosti”yə istinadən xəbər verir ki, bu barədə Omsk vilayəti üzrə İstintaq Komitəsi məlumat yayıb.

“İlkin məlumata görə, yanğın təminatlı ailənin evində baş verib. Orada 6 və 10 yaşında bacı-qardaş, 16 yaşlı qardaş, 11 və 18 yaşlarında iki qız ölüb. Övladlığa götürülən iki uşaq və 1963-cü ildə doğulan ata isə xəsarət almayıb”, - komitədən bildirilib.

“Səhlənkarlığa görə iki və daha çox adamın ölümü” maddəsi üzrə cinayət işi açılıb. 

Son xəbərlər

Orphus sistemi