Ombudsman: "Problemin silahla həlli yolverilməzdir"

Ombudsman: "Problemin silahla həlli yolverilməzdir" Qeyd edək ki, Ermənistanda baş nazir Nikol Paşinyanın istefa tələbi ilə aksiyalar keçirilir.
Region
24 Dekabr , 2020 16:58
Ombudsman: Problemin silahla həlli yolverilməzdir
Arman Tatoyan

"Bu gün kütləvi aksiyada bütün məsələləri silahlı yolla həll etmək təklif edildi, eləcə də silahlı hakimiyyət çevrilişinə çağırış oldu".

“Report” “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bunu dekabrın 24-də Ermənistanın ombudsmanı Arman Tatoyan paytaxt Yerevanda keçirilən aksiyadakı çıxışları şərh edərkən deyib.

Onun sözlərinə görə, məsələlərin silahlı həlli yolverilməzdir.

Qeyd edək ki, Ermənistanda baş nazir Nikol Paşinyanın istefası tələbi ilə aksiyalar keçirilir.

Son xəbərlər

Orphus sistemi