Oleksiy Danilov: "Ukraynanı tərk etmiş çağırışçıların zorla geri qaytarılması mümkün deyil"

Oleksiy Danilov: "Ukraynanı tərk etmiş çağırışçıların zorla geri qaytarılması mümkün deyil" "Əslində Ukraynada səfərbərlik 2022-ci ilin fevralın 24-də hərbi vəziyyətin tətbiqindən dərhal sonra başlayıb və bir gün belə dayandırılmayıb. İndi bu prosesi ədalətli etmək üçün bəzi düzəlişlər etməliyik. Yeni qanun layihəsində də söhbət məhz bundan gedi
Region
18 Yanvar , 2024 13:30
Oleksiy Danilov: Ukraynanı tərk etmiş çağırışçıların zorla geri qaytarılması mümkün deyil

"Əslində Ukraynada səfərbərlik 2022-ci ilin fevralın 24-də hərbi vəziyyətin tətbiqindən dərhal sonra başlayıb və bir gün belə dayandırılmayıb. İndi bu prosesi ədalətli etmək üçün bəzi düzəlişlər etməliyik. Yeni qanun layihəsində də söhbət məhz bundan gedir".

Bunu "Report"un Şərqi Avropa bürosuna müsahibəsində Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib.

"Silahlı qüvvələrə cəlb edilən vətəndaşlar bilməlidirlər ki, nə qədər müddətə, hansı şərtlərlə hazırlıq işləri aparılacaq. Böyük problemlərin olacağına inanmırıq. Sadəcə olaraq, insanlar bu qanunun son layihəsini görmədikdə, bəzi şeylərə fərqli fikir bildirə bilərlər. Amma əminəm ki, ilk növbədə Ukrayna Silahlı Qüvvələrinə daxil olanlar üçün ədalətli bir qanun qəbul ediləcək", - katib vurğulayıb.
Danilov qeyd edib ki, yeni qanun layihəsinin mümkün qədər tez müzakirəyə çıxarılması Ali Radanın deputatlarından asılıdır. O, həmçinin ölkəni tərk etmiş çağırışçıların orduya cəlb olunması məsələsinə də toxunub: "Başa düşürük ki, başqa ölkənin ərazisində olan şəxs də həmin ölkənin qanunlarına tabedir. İstərdik ki, şüurlu vətəndaşlar geri qayıtmaq imkanına malik olsunlar, amma zorla bunu etmək heç də mümkün deyil. Əgər onlar rəsmi olaraq hərbi təcavüzdən əziyyət çəkən qaçqın kimi həmin ölkənin ərazisindədirlərsə, o zaman həmin ölkənin bu məsələ ilə bağlı öz qanunvericiliyi də var. Biz hüquqi cəhətdən müdaxilələr edə bilmirik".

Müsahibənin tam versiyası ilə buradan tanış ola bilərsiniz.

Son xəbərlər

Orphus sistemi